Niderlandda aksiyalar: 30 nəfər saxlanıldı

21.09.2025 12:27

Niderlandın Haaqa şəhərində miqrasiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, etirazçılar şəhərin əsas avtomobil yolunu bağlayıblar. Aksiya zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Toqquşmalar zamanı 30 nəfər saxlanılıb, 2 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı bir polis avtomobili yandırılıb.

 

Поделиться: