İsrail Qəzzaya hücum edib: 8 ölü, 50-dən çox yaralı

16.09.2025 10:00

İsrail ordusu Qəzza zolağına nəzarəti ələ keçirmək məqsədilə genişmiqyaslı quru hücumuna başlayıb.

Primeinfo.az “Aljazeera”ya istinadən xəbər verir ki, İsrail qüvvələri Qəzza şəhərinin şimalında yerləşən bir evi bombalayıb. Nəticədə 8 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

“WAFA” agentliyi isə son 24 saat ərzində bölgədə 62 nəfərin həlak olduğunu bildirib.

Поделиться: