“Avisia” analitik şirkətinin süni intellekt modeli futbolçuların 2025-ci il “Qızıl top” mükafatının qalibi olmaq ehtimallarını hesablayıb.
Primeinfo.az Komanda.az-a istinadən xəbər verir ki, şirkət 30 namizədin şanslarını komanda uğurları, fərdi göstəricilər və futbolçuların tanınma səviyyəsinə görə dəyərləndirib.
Nəticələrə əsasən, ən real favorit PSJ-nin fransalı futbolçusu Osman Dembeledir. Onun qalib gəlmə ehtimalı 72 faiz göstərilir.
İlk beşlikdə bu futbolçular yer alıb:
- Osman Dembelə (PSJ) – 72 faiz
- Lamin Yamal (“Barselona”) – 56 faiz
- Vitinya (PSJ) – 40 faiz
- Məhəmməd Salah (“Liverpul”) – 39 faiz
- Rafinya Dias (“Barselona”) – 33 faiz
Şirkətin məlumatına görə, model son yeddi il ərzində 61 Avropa liqasında 50 mindən çox futbolçunun statistik göstəricilərinə əsaslanır.
“Avisia” bu ilin mayında UEFA Çempionlar Liqasının finalını PSJ-nin qazanacağını 62,5 faiz ehtimalla proqnozlaşdırmışdı.
“Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək.