Hikmət Hacıyev: Cıdır düzündə Qarabağ atlarının paradı keçirilib - VİDEO

16.09.2025 14:47

Şuşada, Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil olunub.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində məlumat verib.

“Bu gün Şuşanın tarixi Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında davam edən dostluğu qeyd etdi. İrsin və qardaşlığın simvolu olan Qarabağ atı bir daha bu müqəddəs torpaqda mədəniyyətləri birləşdirdi”.

 

Поделиться: