UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.
Primeinfo.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu liqanın əsas mərhələsində ilk oyununa çıxıb. Azərbaycan çempionu “Benfika” ilə qarşılaşıb.
Portuqaliya təmsilçisi ilə görüş səfərdə baş tutub. Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb və hesab 2:3 olub.
Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.
“Qarabağ”ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsindəki növbəti oyununu oktyabrın 1-də evdə “Kopenhagen”ə (Danimarka) qarşı keçirəcək.