Memar Əcəminin abidəsi ucaldılacaq - SƏRƏNCAM

18.09.2025 17:13

Prezident İlham Əliyev görkəmli memar Əcəmi Naxçıvaninin adibəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

Primeinfo.az xəbər verir ki, sərəncama əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində onun abidəsi ucaldılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə bununla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

 

Поделиться: