Partiya sədri: Nə Avropa, nə də ABŞ Ukraynanın qələbəsini istəyir - VİDEO

18.09.2025 17:27

“Mən nə Avropanın, nə də  ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə səmimi yanaşdığına inanmıram.  Onlar Ukraynanın qələbə çalmasını istəmirlər. Ötən 3 il müddətində bunu açıq şəkildə müşahidə etdik”.

Bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib.

Onun sözlərinə görə, həm Avropa, həm də ABŞ-nin bu müharibədə öz strateji maraqları var.

“Aydındır ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinə sərmayə yatırmaq istəmir” – deyə, M.Rəhimov bildirib.

 

 

 

Поделиться: