Quru sərhədlər açılır? - İran səfirindən AÇIQLAMA

18.09.2025 17:55

Quru sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır.

Primeinfo.az xəbər verir ki, bunu bu gün Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verərkən, bildirib.

O qeyd edib ki, ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd keçid məntəqələrinin yenidən açılması və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını deyib:

“Sərhəd nəqliyyatı və rahat keçid şəraiti hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması, gediş-gəlişin asanlaşdırılması İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq”.

 

Поделиться: