Bu ərazidə qaz kəsiləcək

19.09.2025 10:44

Bu gün saat 11:00-dan etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Qaz təchizatının təmir işlərindən sonra bərpa olunacağı bildirilib.

Поделиться: