Katz hədələdi: Sənin də vaxtın çatacaq!

19.09.2025 15:45


İsrailin müdafiə naziri İsrail Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib.

Primeinfo.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşıb.

“Əbdülmalik əl-Husi, sənin də vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən.

Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, – Katz paylaşımda bildirib.

Поделиться: