Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəlir

19.09.2025 15:30

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.

Primeinfo.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək.

 

 

Поделиться: