Bu gün Türkiyədə Qazilər Günü münasibətilə keçirilən tədbirdə azərbaycanlı qazilər və onların ailələri də iştirak ediblər.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, tədbirdə milli müdafiə naziri Yaşar Gülərlə yanaşı, qərargah rəisi general Selçuk Bayraktaroğlu, qoşun komandanları və nazir müavinləri də iştirak ediblər.
Tədbir çərçivəsində Yaşar Gülər azərbaycanlı qazilər və onların ailələri ilə ayaqüstü görüşüb.
“19 Eylül Gaziler Günü” dolayısıyla Millî Savunma Bakanlığında düzenlenen törene; Millî Savunma Bakanı Yaşar Güler, beraberinde Genelkurmay Başkanı Orgeneral Selçuk Bayraktaroğlu, Kuvvet Komutanları ve Bakan Yardımcıları ile katıldı. Törende, Kahraman Gazilerimiz ve kıymetli… pic.twitter.com/S2HxA3BEi0
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 19, 2025