Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə zərbələr endirib, nəticədə 3 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, yaralıların əksəriyyətinin vəziyyəti orta ağırdır və xəstəxanaya yerləşdirilib.
Dnepr və ətraf ərazilərdə bir neçə yanğının baş verdiyi bildirilir. Çoxmərtəbəli binaya, fərdi evlərə, yardımçı tikililərə və qarajlara, sənaye obyektlərinə ziyan dəyib.