İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub

20.09.2025 17:03

Azərbaycan paracüdoçusu İlham Zəkiyev doqquzuncu dəfə Avropa çempionu olub.

Primeinfo.az xəbər verir ki, o, (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirin 1/4 finalında moldovalı Oleq Kretulu, yarımfinalda türkiyəli Gökhan Biceri, həlledici görüşdə isə moldovalı İon Basoku ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu olub.

 

Поделиться: