Azərbaycanlı araşdırmaçı Ermənistana gedib

22.09.2025 15:07


Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanın paytaxtı İrəvana səfər edib.

Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı mərkəz sosial şəbəkədə paylaşıb.

Bildirilib ki, M.Muradov İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir.

Onun tədbir çərçivəsində müzakirə panellərinin birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika haqqında çıxış etməsi gözlənilir.

Qeyd edək ki, Topçubaşov Mərkəzi Azərbaycanda beynəlxalq əlaqələr və təhlükəsizlik sahələrində fəaliyyət göstərən araşdırma mərkəzidir.

Поделиться: