İsraildən Livana zərbə: ABŞ vətəndaşı və 3 övladı ölüb - FOTO

22.09.2025 15:15

İsrailin pilotsuz uçuş aparatlarının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, 5 nəfər ölüb.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 2 nəfər isə yaralanıb.

Livan parlamentinin sədri Nəbih Berri aviazərbələrdə ABŞ vətəndaşı olan ata və üç övladının həlak olduğunu bildirib.

Onun sözlərinə görə, uşaqların anasının vəziyyəti ağırdır.

İsrail ordusu isə açıqlamasında hücum zamanı Hizbullah üzvünün hədəf alındığını açıqlayıb.

 

 

Поделиться: