Azərbaycanın İsrailin “Avroviziya” mahnı müsabiqəsində iştirak etmədiyi təqdirdə, yarışmadan imtina edəcəyi barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın Uşaq Avroviziya müsabiqəsində təmsil olunması ilə bağlı mətbuat konfransında nümayəndə heyətinin media rəhbəri Turab Teymurov bildirib.
“Bizim iştirakımız heç bir ölkənin iştirakından asılı deyil. Biz siyasətə qarışmırıq”, – deyə, o qeyd edib.
Xatırladaq ki, sentyabrın 15-16-da Dubrovnik şəhərində keçirilən tədbirdə 6 ölkə – İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika nümayənləri bəyan ediblər ki, İsrailin yarışmaya buraxılacağı təqdirdə, onlar iştirakdan imtina edəcəklər.
Türkiyənin bəzi media qurumlarında Azərbaycan dövləti adından “Avroviziya 2026″da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə saxta xəbərlər yayılıb.