Rusiya Odessanı raketlə vurub, ölən və yaralılar var

23.09.2025 14:33

Bu gün Rusiya Ukraynanın Odessa vilayətinin Belgorod-Dnestrovsk rayonuna ballistik raketlərlə hücum edib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Odessa vilayət prokurorluğuna istinadən məlumat verib.

Məlumata görə, hücumun hədəfi Tatarbunarı şəhərinin mərkəzi olub.

Prokurorluq raket hücumunun baş verdiyi ərazidə xeyli sayda binanın dağıldığını bildirib.

Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Поделиться: