Qırğızıstan parlamenti özünü buraxıb

25.09.2025 11:31

Bu gün keçirilən iclasda deputatlar Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlamentin) VII çağırışının özünü buraxması haqqında qərar layihəsini qəbul ediblər.
Primeinfo.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Deputat Ulan Primov bu təşəbbüsün seçki qanunvericiliyində dəyişikliklərlə bağlı olduğunu bildirib. Səsvermədə iştirak edən 89 deputatdan 84-ü bu qərarı dəstəkləyib.

Поделиться: