“Fransa Prezidenti Emmanuel Makronla məhbuslarının mübadiləsi barədə razılığa gəldik”.
Primeinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün X hesabında yazıb.
Qeyd edib ki, Fransa prezidenti ilə görüşdə Avropanın narahatlıqlarını aradan qaldıracaq və İranın maraqlarını təmin edəcək həll yolu ilə bağlı fikirlər açıq şəkildə ifadə olunub:
“Haqq və insafın riayət olunacağı və hər iki tərəfin maraqlarının qorunacağı təqdirdə, qəti həll yolu mümkündür”.
Fransa Prezidenti Makron da BMT Baş Assambleyası çərçivəsində Pezeşkianla görüşdən sonra X hesabında bu paylaşımı edib:
“Aydın tələbimi təkrar edirəm: İranda qeyri-insani şəraitdə özbaşına saxlanılan dövlət girovları Sesil Köhler, Jak Paris və Lennart Montrellus dərhal azad edilməlidir. Fransa heç bir övladının taleyinə biganə qalmayacaq”.