Bakı–Ağstafa qatarında reyslərin sayı artırıldı - CƏDVƏL

26.09.2025 11:24

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 27 sentyabrda Bakı–Ağstafa, 28 sentyabrda isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən Primeinfo.az-a verilən məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur.

“Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda qeyd olunur.

 

 

 

Поделиться: