"Qarabağ"ın oyununa 27 500 bilet satılıb

26.09.2025 14:00


Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa indiyədək 27 500 bilet satılıb.

Bu barədə Primeinfo.az-a Ağdam klubundan məlumat verilib.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Поделиться: