“Bizdə haram pula olan nifrət və sevgi qoşa gedir. Kimin ki əli pula çatmır, söyür. Əli pula çatan kimi dünənə kimi söydüyünü unudur”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadə Rusiyanın Azərbaycanı çökdürmək üçün hazırladığı plandır. Bu plana milyonlarla dollar xərclənib:
“Məndə olan dəqiq məlumata görə, Rusiya Azərbaycanda yumşaq güc platformasını formalaşdırmaq uçun 100 milyon dollar xərcləyib”.