“Pullu yol şəhər daxilində olmur. Pullu yol beynəlxalq avtomagistrallarda mümkündür. Bunu hökumət anlasın”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
Bakıda ödənişli hərəkət zonalarının yaradılacağını şərh edən N.Cəfərlinin sözlərinə görə, burada məqsəd pul yığmaq deyil, tıxacla mübarizə aparmaq olmalıdır:
“Tıxacla mübarizə aparmağın yolu bu deyil axı. Tıxacla mübarizə aparmaq üçün Bakı boşaldılmalıdır”.