195 şəhid və qazi övladı ali məktəblərə qəbul olub

26.09.2025 15:42


Bu il qəbul imtahanlarında 195 nəfər şəhid və qazi övladı uğur qazanaraq ali məktəblərə qəbul olub. Onlardan 49 nəfəri 500 bal, 9 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib.

Primeinfo.az xəbər verir ki, bunu “Peşə seçimi” alətinin təqdimat mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, DİM hər zaman abituriyentlərin qəbul imtahanlarına hazırlaşmasına elmi-metodiki dəstək göstərib: “Bu gün təqdim olunan “Peşə seçimi aləti” gələcəkdə onlara daha çox kömək edəcək”.

Поделиться: