“Azərbaycanın bir şəhərindən digər şəhərinə uçaq bileti 50, 60 manat olduğu halda, siz necə Bakıda taksi qiymətini 50 manat edə bilərsiniz? Sualım Nəqliyyat Nazirliyinin rəsmisinədir”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişinin aparıcısı, jurnalist Aygün Muradxanlı söyləyib.
O, son günlər Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulmasını və taksi qiymətlərinin 50-70 manata qalxmasını tənqid edib:
“Şəhərin içində 50 manata taksi olar? Rəqabəti kiminlə aparırsız? Taksi şirkəti uçaqla rəqabət aparır?”