“Mançester Yunayted” 3 futbolçu ilə yollarını ayıracaq

26.09.2025 18:28


“Mançester Yunayted” rəhbərliyi gələn ilin yayında heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.

Primeinfo.az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” üç futbolçunu satış siyahısına daxil edib: Ceydon Sanço, Kazemiro və Tayrel Malasiya.

Hər üç oyunçunun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Bu isə o deməkdir ki, onlar satılmasa, klublar onları azad agent kimi pulsuz əldə edə biləcəklər.

“Mançester Yunayted” hazırda beş turdan sonra Premyer Liqada 7 xal toplayaraq, turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Ruben Amorimin komandası lider “Liverpul”dan 8 xal geri qalır.

 

Поделиться: