"Neftçi" nigeriyalı futbolçunu transfer etdi

26.09.2025 17:20


“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Klubdan Primeinfo.az-a verilən məlumata görə, nigeriyalı futbolçu İfeanyi Metyu “ağ-qaralar”la anlaşıb.

28 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Metyu Norveç Kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Поделиться: