Türkiyə Prezidenti: Qarabağ sonsuzadək Azərbaycandır! - FOTO

27.09.2025 13:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Primeinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Dostumuz, qardaşımız Can Azərbaycanımızın Anım Günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm.

Qarabağ sonsuzadək Azərbaycandır!”

 

 

Поделиться: