Gəncədə Prezidentin əlindən tutan qız kimdir? - FOTO 

27.09.2025 16:50


 
Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Memorial Kompleksinin açılışı zamanı ölkə başçısının yanındakı qız uşağı diqqət çəkib.

Primeinfo.az xəbər verir ki, onun Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva olduğu məlum olub. Həmin vaxt Nilayın heç iki yaşı tamam olmayıbmış. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub.

Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də, gecə saatlarında Gəncə şəhəri növbəti dəfə atəşə tutulub. Ermənilər çox təhlükəli bir silah – “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini – şəhər mərkəzinə yerləşən çoxmənzilli yaşayış binalarını hədəf seçiblər. Nəticədə, 10 dinc sakin qətlə yetirilib, 34 nəfər isə yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

 

Поделиться: