Pakistanın Azərbaycandakı səfirliyindən Anım Günü paylaşımı - FOTO

27.09.2025 18:11

Pakistanın Azərbaycandakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib.

Primeinfo.az-ın xəbərinə görə, səfirlik rəsmi “X” hesabında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

“Azərbaycanlı qardaşlarımız və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Qarabağın azadlığı uğrunda əvəzsiz fədakarlıqları ilə əbədi olaraq yaddaşımızda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik”, – deyə paylaşımda bildirilib.

 

 

Поделиться: