Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-la əldə olunan razılıqlardan danışıb.
Primeinfo.az xəbər verir ki, o, hər iki ölkənin sanksiyaların aradan qaldırılmasında istəkli olduğunu vurğulayıb.
“Geniş diplomatik fəaliyyət həyata keçirdik. CAATSA (ABŞ-ın sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə qanunu) sanksiyalarının ləğvi ilə bağlı razılıq əldə olundu”.
Hakan Fidan bildirib ki, Qəzzada atəşkəsin ən qısa zamanda təmin olunması hər iki ölkə üçün prioritet məsələdir.