Tennisçilərimiz finala çıxdılar

28.09.2025 13:21

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıb.

Priminfo.az xəbər verir ki, Adil Əhmədzadə və Onur Quluzadə oğlanların qoşa yarışında Belarusu məğlub edib.

Təmsilçilərimiz rəqiblərini 3:0 hesabı ilə üstələyiblər.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Поделиться: