Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında gümüş medal qazanıb.
Primeinfo.az bildirir ki, Süleyman İsmayılzadə 200 metr məsafəyə sərbəst üsulla üzməkdə ikinci yeri tutub.
Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan üzgüçüsü Oktay Hüseynov gümüş medal, Mehri Əbdürəhmanlı gümüş, Anastasiya Qnussina isə bürünc mükafat əldə edib. Onlar 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə uğurlu çıxış ediblər.