“Rusiya və Ukrayna arasında döyüş artıq cəbhədə getmir, daha çox masa ətrafında gedir”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində AG Partiya başqanı Tural Abbaslı bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya və Ukrayna əsasən siyasi cəbhədə vuruşur:
“Zatən istər məğlubiyyət, istərsə də qalibiyyət həmin masalarda qazanılacaq. Yəni, meydan heç nəyi həll etməyəcək. Analizlərimiz göstərir ki, meydan son bir ildə demək olar ki, eyni qalır. Amma insanlar həlak olur, infrastrukturlar dağılır, dünya iqtisadiyyatına zərbə vurulur…
Bu baxımdan düşünürəm ki, sözügedən savaşda həlledici faktor Rusiya və Ukraynanın dronları deyil, Trampın, Putinin, Avropa ölkələrinin, Çinin, Şimali Koreyanın mövqeyidir. Müharibənin davam etdirilməsi üçün resurslar sərf edilir. Bu resursların qarşısı alınsa, müharibə avtomatik dayanacaq”.