Mehriban Əliyeva: Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı - FOTO

29.09.2025 17:39

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.

Primeinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.

Allah rəhmət eləsin!”

 

Поделиться: