Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb

29.09.2025 18:19

Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

Primeinfo.az xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63 kq) birinci yeri tutub.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakiyə qalib gəlib.

Qeyd edək ki, ilk olaraq samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.

Поделиться: