Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: imtahan

Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək

Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək. DİM-dən Primeinfo.az-a bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq. İmtahan vermək üçün 23 min 89 bakalavr ərizə təqdim edib.

19 aprel imtahanının nəticələri AÇIQLANIB - 1 nəfərdən MAKSİMUM BAL

19 aprel imtahanının nəticələri AÇIQLANIB - 1 nəfərdən MAKSİMUM BAL

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Belə ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı, Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri bilinib.

Ədliyyə orqanlarına qəbulla bağlı imtahan keçirilib

Ədliyyə orqanlarına qəbulla bağlı imtahan keçirilib

Mayın 7-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, üç saat davam edən imtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndirilib, imtahandan keçid balı isə 55 olub.

29 min şagird Azərbaycan dilindən imtahan verdi

29 min şagird Azərbaycan dilindən imtahan verdi

Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib.

Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək - DİM

Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək - DİM

Gələn ildən 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur və bu çərçivədə şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, imtahanda tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək.

Ölkə birincisi BANM-də təhsil almağı arzulayır

Ölkə birincisi BANM-də təhsil almağı arzulayır

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, maksimal nəticə göstərən (300 bal) Aydın Həsənli Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayır. Primeinfo.az bildirir ki, o, BANM-in Kompüter elmləri ixtisasını seçmək niyyətindədir. Aydın Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.

Rezidenturaya ərizə qəbulu elan olunub

Rezidenturaya ərizə qəbulu elan olunub

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.

3 nəfər imtahandan xaric edildi - Telefon aşkarlanıb

3 nəfər imtahandan xaric edildi - Telefon aşkarlanıb

Xəbər verdiyimiz kimi, bu gün ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Primeinfo.az xəbər verir ki, imtahanda 52687 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib.

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək. Primeinfo.az “Report”-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında keçiriləcək. İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.