Bu gün 37 mindən çox şəxs imtahan verir
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, maksimal nəticə göstərən (300 bal) Aydın Həsənli Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayır. Primeinfo.az bildirir ki, o, BANM-in Kompüter elmləri ixtisasını seçmək niyyətindədir. Aydın Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.
Xəbər verdiyimiz kimi, bu gün ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Primeinfo.az xəbər verir ki, imtahanda 52687 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib.
Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək. Primeinfo.az “Report”-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında keçiriləcək. İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 1293 nəfərdən 31 nəfər imtahana gəlməyib.İmtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirir. Primeinfo.az xəbər verir ki, bu imtahanda iştirak etmək üçün 1227 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunur.
Bu gün Bakının Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzi tərəfindən apelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1227 namizəd qeydiyyatdan keçib.
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Sınaq imtahanında iştirak etmək istəyənlər 1 aprel saat 15:00-dan 9 aprel saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.