Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: imtahan

1074 nəfər uğur qazandı, bir nəfər imtahandan uzaqlaşdırıldı

1074 nəfər uğur qazandı, bir nəfər imtahandan uzaqlaşdırıldı

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2026-cı il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib. İmtahan elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.

Yanvarın 31-də təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək

Yanvarın 31-də təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, bu il 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib. İmtahan yanvarın 31-i saat 11:00-da təşkil olunacaq.

MİQ imtahanı pullu olacaq - Prezident TƏSDİQLƏDİ

MİQ imtahanı pullu olacaq - Prezident TƏSDİQLƏDİ

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq. Primeinfo.az məlumatına görə, Prezident bununla bağlı müvafiq Fərmanı imzalayıb. Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

DİM imtahanlara başlayır

DİM imtahanlara başlayır

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə təlimlər mərhələsi yekunlaşıb və yekun test imtahanı mərhələsinə başlanılır. Dövlət İmtahan Mərkəzindən (DİM) Primeinfo.az-a bildirilib ki, 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2000 namizəddən 1585 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb.

Dövlət qulluğuna imtahan keçiriləcək

Dövlət qulluğuna imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi 5 fevral 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.

Taksi sürücüləri imtahan verib

Taksi sürücüləri imtahan verib

Dekabrın 16-da Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı təşkil edib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 845 namizəd qeydiyyatdan keçib. Onlardan 782-si imtahana gəlib.

Attestasiyadan keçə bilməyən musiqi müəllimlərinin müsabiqə nəticələri açıqlanıb

Attestasiyadan keçə bilməyən musiqi müəllimlərinin müsabiqə nəticələri açıqlanıb

Attestasiya nəticələrinə əsasən 3 əleyhinə – 2 lehinə səs toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün təşkil edilmiş xüsusi müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər nəticələrlə “MyCulture” vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.

Taksi sürücüləri imtahan verdi

Taksi sürücüləri imtahan verdi

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün dekbarın 2-də Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahanda iştirak etmək üçün 1708 namizəd qeydiyyatdan keçib.