İlham Əliyev Nikol Paşinyanla söhbətləşib - FOTO - VİDEO
Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib.
Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib.
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə keçirilən MDB sammiti zamanı fikir ayrılığı yaşanıb. Primeinfo.az xəbər verir ki, buna iki ölkə arasında ticarət dövriyyəsinin həcmi səbəb olub. Belə ki, MDB ölkələri ilə ticarət dövriyyəsinin həcminin artmasından danışan Putin Ermənistanla dövriyyəni misal göstərmək istəyib.
Ermənistan Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında baş nazirin müavini səviyyəsində iştirak edəcək. Primeinfo.az xəbər verir ki, bunu Belarus XİN başçısının müavini Pavel Utyupin bildirib. Onun sözlərinə görə, iclas sentyabrın 29-30-da keçiriləcək.
Ermənistanı müharibəyə keçmiş prezidentlər Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan sürükləyib.
Ermənistan Azərbaycanla sülh qurulması sayəsində öz tarixinin tamamilə fərqli bir mərhələsinə qədəm qoyub. Primeinfo.az-ın Report-a istinadən məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı bildirib. “Bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi ilə həmçinin mənim və Azərbaycan Prezidentinin imzaladığı bəyannamə sayəsində quruldu.
Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Paşinyan
Ermənistan hökumətinin bugünkü iclasından sonra Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə jurnalist ondan soruşub: “Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?”.
Baş nazir Nikol Paşinyan Ermənistana giriş-çıxış möhüründən Ağrı dağının təsvirinin çıxarılması qərarının verilməsinə münasibət bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində Paşinyan deyib ki, bu qərarın verilməsinin Türkiyənin xüsusi nümayəndəsinin Ermənistana ötən həftə baş tutmuş səfərilə əlaqəsi yoxdur. “Ümumiyyətlə, belə bir məsələ heç bir Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna bilməz”, – Paşinyan deyib.
Ermənistan yalan və uydurmalardan əl çəkənə oxşayır. Parlamentdəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O bunu parlamentdə hakimiyyətin nəzarət-buraxılış məntəqələrindəki möhürlərdən Ağrıdağın (ermənilər Ararat dağı deyirlər-müəl.) simvolik təsvirini silmək qərarını şərh edərkən bildirib.