Xəbər axtarın

Son axtarış nəticələri:

Avstraliya parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

10.11.2025 13:51

Avstraliya federal parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu yaradılıb.

Bu barədə Primeinfo.az-a Azərbaycanın Avstraliya səfirliyinin X sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Diplomatik nümayəndəlikdən qeyd edilib ki, qrupun həmsədrləri Səhiyyə, Yaşlılara və Əlillərə Qulluq üzrə Daimi Komitənin sədri Mayk Frilender və Ticarət və İnvestisiyalar üzrə Birləşmiş Daimi Komitənin sədr müavini Rik Uilson olublar.

“Qrupun tərkibinə yüksək vəzifəli rəhbərlər, o cümlədən Senatın sədri senator Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlament üzvləri daxil olublar”, – səfirliyin məlumatında deyilir.

Paylaş: