Moskva məhkəməsi Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbəri, əvvəllər Baş Kəşfiyyat İdarəsinə (QUR) rəhbərlik etmiş Kirill Budanovu qiyabi həbs edib. Primeinfo.az xəbər verir ki, Budanov qadağan olunmuş müharibə metodlarından istifadə etməkdə ittiham olunub. Məhkəmə Budanovun qiyabi həbsini təsdiqləyib.
NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. Primeinfo.az xəbər verir ki, Mark Rütte bu barədə “X” hesabında bildirib. O qeyd edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə birlikdə bu razılaşmanı alqışlayır.
Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibinə Rusiya hava məkanında mülki aviadaşımalar üçün risklər barədə xəbərdarlıq məktubu göndərib. Primeinfo.az xəbər verir ki, müraciətdə Kiyev BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu həyata keçirərək, Rusiyanın hava hücumlarına cavab verməyə məcbur olduğunu vurğulayıb. Ukrayna tərəfi ICAO-nu Rusiya ərazisi üzərində uçuşlar həyata keçirərkən, mülki aviasiya üçün artan riskləri nəzərə almağa çağırıb.
Ukraynanın Rovno regionunda polis şöbəsində partlayış baş verib. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb. Daha 3 polisin isə xəsarət aldığı bildirilir.
Ukraynanın Ankaradakı səfiri Nəriman Celal Qara dənizdə iki Türkiyə gəmisinə edilən hücumlardan sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib. Görüş zamanı Türkiyə tərəfi baş vermiş insidentlərlə bağlı öz mövqeyini Ukrayna səfirinə çatdırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski “Tesla” və “Space X” şirkətinin rəhbəri İlon Maskı təltif edib. Primeinfo.az “UNIAN“a istinadən xəbər verir ki, Mask “Azadlıq Ordeni” ilə təltif olunub. Zelenski İlon Maskı “Ukrayna və ABŞ xalqları arasındakı əlaqələrin inkişafı, insan həyatının və azadlıqlarının qorunmasında mükəmməl şəxsi müvəffəqiyyətlərə görə” təltif edib.
Ukraynanın cənubundakı Nikolayev şəhərində partlayış baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç “Telegram” kanalında məlumat verib. “Nikolayevdə partlayış səsi eşidilib”, – mer bildirib.
Finlandiyanın müdafiə naziri Antti Häkkänen ölkəsinin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-tutucular vermək niyyətində olmadığını bildirib. Nazir vurğulayıb ki, bu addım ölkənin milli maraqlarına ziddir. Primeinfo.az xəbər verir ki, şənbə günü “Ilta-Sanomat” qəzetinə müsahibə verən Häkkänen qərarı belə əsaslandırıb: “Biz müttəfiqlərimiz naminə əlimizdən gələni etmişik.
Türkiyə Qara dənizdə gəmilərə qarşı hücumların artmasından sonra kommersiya gəmilərinin bölgəyə keçidini məhdudlaşdırmağa başlayıb. Primeinfo.az “Bloomberg “-ə istinadən xəbər verir ki, məsələ ilə tanış rəsmilərin məlumatına görə, bu Türkiyə hökümətində Qara dənizdə Rusiya və Ukraynaya məxsus və ya onlarla əlaqəli gəmilərə qarşı hücumların artması ilə bağlı narahatlıqla bağlıdır. Məlumata görə, Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir neçə gəmiyə hazırda boğazlardan keçid üçün icazələrin verilmədiyini bildirib.
Ukraynanın Kirovoqrad vilayətində döyüş tapşırığını yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması nəticəsidnə helikopter bölüyünün bort aviasiya texniki ölüb. Primeinfo.az xəbər verir ki,bu barədə “UNİAN “ Smela şəhər şurasına istinadən məlumat yayıb. “Yaroslav Demçevski döyüş uçuş tapşırığını yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olub.