Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə-Ermənistan sərhədi açılmalıdır, çünki... – Siyasətçilərdən MÜHÜM açıqlama - VİDEO

13.11.2026 16:35

Türkiyə-Ermənistan sərhədi açılmalıdır, çünki... – Siyasətçilərdən MÜHÜM açıqlama - VİDEO
“Türkiyə-Ermənistan sərhədinin açılması Güney Qafqazın İranın və Rusiyanın blokadasından çıxması deməkdir”.

Primeinfo.az xəbər verir ki, bu sözləri siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” platformasında bildirib.

O hesab edir ki, bu addım Azərbaycanın strateji maraqlarına xidmət edir:

“Bu sərhəd açılsa, biz avtomatik dünyaya açılacağıq. İranla Rusiyanın burada qurduğu “qala” itəcək. Həmin “qala”nın arxasında gizlənib, guya Azərbaycanın maraqlarından çıxış edirmiş kimi görünənlər, əslində, İran və Rusiyanın fitnəsinin təsiri altında hərəkət edirlər”.

Jurnalist Aygün Muradxanlının qonağı olan siyasətçilər Əli Mustafa və Qələndər Muxtarlı ilə maraqlı müzakirənin davamı “Qırmızı masa”da:

Paylaş: