Xəbər axtarın

Son axtarış nəticələri:

MHP-lilər İrəvanda - FOTO  

12.11.2026 12:14

MHP-lilər İrəvanda - FOTO  

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komissiyasının 67-ci iclası Ermənistanın paytaxtı İrəvanda keçirilir.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) genəl başqanının müavini, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal bildirib.

O, İstanbul millət vəkili Engin Altay ilə birlikdə Türkiyəni sözügedən tədbirdə təmsil etdiklərini qeyd edib:

“Cənubi Qafqazda sülh və sabitlik baxımından mühüm əhəmiyyət daşıyan bu toplantının uğurla başa çatmasını diləyirəm. İclasın əsas müzakirə mövzuları insan kapitalının qorunması, təhsilin və rəqəmsal dünyanın inkişafı, səhiyyə sahəsindəki yeni nailiyyətlərin tətbiqi və genişləndirilməsi, eləcə də cəmiyyətlərin rifahı naminə prioritet istiqamətlərin və ortaq hədəflərin müəyyənləşdirilməsidir”.

İlyas Topsakal Ermənistan Respublikasının rəsmilərinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkürünü də bildirib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: