Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rusiya-Ukrayna müharibəsi

Ukraynada hərbi vəziyyət daha 90 gün UZADILIB

Ukraynada hərbi vəziyyət daha 90 gün UZADILIB

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasına dair qanun layihəsini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb. Məlumata görə, lehinə 293 deputatın səs verdiyi qərara əsasən, Ukraynada hərbi vəziyyətin müddəti 31 oktyabr 2026-cı ildən 29 yanvar 2027-ci ilədək uzadılıb.

Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərinə dronla hücumu nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Hücum nəticəsində çoxmərtəbəli binanın dördüncü mərtəbəsində yanğın başlayıb, mağaza və avtomobillər zərər görüb.

Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib

Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Omsk şəhərində yerləşən “Omsk kauçuk” kimya zavoduna zərbə endirib. Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın başlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə Rusiya və Ukraynanın “Telegram” kanalları məlumat yayıb.

Ukrayna Rusiyada enerji obyektləri və mühüm zavodu vurdu

Ukrayna Rusiyada enerji obyektləri və mühüm zavodu vurdu

Ukraynanın enerji obyektlərinə zərbələri ötən gecə Rusiya və işğal olunmuş ərazilərdə elektrik böhranı yaradıb. Primeinfo.az xəbər verir ki,ilk olaraq Krımda elektrik kəsilməsi barədə məlumat verilib: əsas yarımstansiyalar sıradan çıxarılıb və bütün yarımada elektriksiz qalıb. Rusiyanın nəzarətində olan bir neçə digər bölgədə də elektrik kəsilməsi və kəsintiləri barədə məlumat verilib.

Şeremetyevo hava limanında hava hücumu XƏBƏRDARLIĞI

Şeremetyevo hava limanında hava hücumu XƏBƏRDARLIĞI

Moskvanın Şeremetyevo hava limanında hava hücumu xəbərdarlığı elan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Hava limanında liftlərdən istifadə etmək, təyyarənin göyərtəsində sığınacaq kimi qalmaq, pəncərələrə və şüşə konstruksiyalara yaxın durmaq, foto və ya video çəkmək, aşkar edilmiş PUA-lara və ya onların fraqmentlərinə yaxınlaşmaq qadağan olunub

Rusiya və Ukrayna əsirləri dəyişdirdilər

Rusiya və Ukrayna əsirləri dəyişdirdilər

Rusiya və Ukrayna arasında əsir düşmüş hərbçilərin mübadiləsi həyata keçirilib. Tərəflər “270-ə 270” formulu əsasında ümumilikdə 540 hərbçini qarşılıqlı olaraq azad ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.