Energetika naziri Pərviz Şahbazov Antalyada COP31 çərçivəsində Bolqarıstanın energetika naziri İva Petrova və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə ikitərəfli görüşlər keçirib. Primeinfo.az xəbər verir ki, Bolqarıstanın naziri ilə görüşdə təbii qaz sahəsində əməkdaşlıq və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib. Dəhliz üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanması məsələləri nəzərdən keçirilib.
Energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi və dəstəyi ilə Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB) və Qlobal Külək Enerjisi Şurasının (GWEC) təşkil etdiyi “Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara” mövzusunda Nazirlər və İnvestorların Plenar İclasında əsas məruzəçi kimi çıxış edib. Primeinfo.az-a bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, nazir artan elektrik enerjisi tələbatının etibarlı və münasib qiymətli enerji ilə qarşılanmasında, eləcə də emissiyaların azaldılmasında külək enerjisinin əhəmiyyətini vurğulayıb.
Energetika Nazirliyində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə tədbir keçirilib. Primeinfo.az xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək Azərbaycan tarixində ən şanlı səhifələrdən bir olan, milli qürurumuzu və dövlətçilik iradəmizi təcəssüm etdirən tarixi Zəfər Gününü xalqımızın birliyinin, Vətənə sonsuz məhəbbətinin, mübarizə əzminin və sarsılmaz iradəsinin təntənəsi adlandırıb.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Forum çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Datang Overseas Investment Co., Ltd.” şirkətinin İdarə Heyətinin sədri Zhao Yonglinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycanda 100 MVt gücündə günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti, həmçinin ilkin mərhələdə 200 MVt gücündə dənizdə külək elektrik stansiyasının yaradılması imkanları müzakirə edilib. “Yaşıl Enerji Dəhlizi”nin Azərbaycanda bərpa olunan enerji istehsalı və ixracının genişləndirilməsi üçün yaratdığı imkanlar qeyd olunub.
Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Forum çərçivəsində layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə həsr olunmuş sessiya təşkil edilib. Primeinfo.az xəbər verir ki, sessiyada beynəlxalq mühəndislik və konsaltinq şirkəti “CESI” tərəfindən layihənin texniki və iqtisadi əsaslandırılması üzrə aparılmış tədqiqatın əsas nəticələri təqdim olunub. Şirkətin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meola və baş enerji məsləhətçisi Filippo Del Grosso layihənin texniki parametrləri, iqtisadi göstəriciləri və həyata keçirilməsi imkanları barədə məlumat veriblər.
Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu keçirilir.
Energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siyasi, ticari-iqtisadi və enerji əlaqələrinin inkişafına yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb.
2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 21 190,9 mln. kVt·st olub. Energetika Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, bu dövrdə İES-lərdə 16 960 mln.
Energetika Nazirliyinin, o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib.
Energetika naziri Pərviz Şahbazovla Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke arasında görüş keçirilib. Energetika Nazirliyindən Primeinfo.az-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin və Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Səfər zamanı əldə olunmuş razılaşmaların enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd edilib.