
COP31 çərçivəsində Antalyada keçirilən Liderlər Sammitində Baş nazir Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin dəftərxanası məlumat yayıb.
Məlumata görə, Ərdoğan Paşinyanın Antalyaya səfərini və Liderlər Sammitində iştirakını salamlayıb.
Qeyd olunub ki, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinə toxunub və onun irəli aparılmasının və məntiqi sonluğa çatdırılmasının vacibliyini vurğulayıblar. Bu baxımdan tərəflər keçirilmiş tədbirlərin və əldə olunmuş razılaşmaların, eləcə də ticari-iqtisadi əlaqələrin daha da stimullaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Paşinyan və Ərdoğan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər. Kommunikasiyaların blokdan çıxarılması, o cümlədən TRIPP layihəsinin reallaşdırılmasına yönəlmiş addımlar məsələsinə də toxunulub.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir özünün “Facebook” səhifəsində bildirib.
Ermənistan Baş nazirinin mətbuat katibi Melanya Arutyunyanın məlumatına görə, Nikol Paşinyan Antalyada COP31 çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.
Danışıqların detalları açıqlanmayıb.
Qeyd edək ki, Nikol Paşinyan Antalyada COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak edib. Sammit iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunub.



