Xəbər axtarın

Son axtarış nəticələri:

Sumqayıtda gənc bıçaqlandı, 50 yaşlı kişi SAXLANILDI

10.11.2026 16:53

Sumqayıtda gənc bıçaqlandı, 50 yaşlı kişi SAXLANILDI
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

Hadisəsi törətməkdə şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: