
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Zəfər abidəsini ziyarət edib.
Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin əməkdaşları abidənin önünə gül dəstələri düzüb, Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
